Yohann Qotlib Fixte

Yohann Qotlib Fixte
alm. Johann Gottlieb Fichte
Doğum tarixi 19 may 1762(1762-05-19)[1][2][…]
Vəfat tarixi 27 yanvar 1814(1814-01-27)[1][3][…] (51 yaşında) və ya 29 yanvar 1814(1814-01-29)[4] (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi səpmə yatalaq[7]
Dəfn yeri
  • Doroteenştadt qəbiristanlığı[d]
Elm sahəsi fəlsəfə
İş yerləri
Təhsili
Elmi rəhbəri İmmanuel Kant
Tanınmış yetirmələri Fridrix Şellinq
Üzvlüyü
  • Bavariya Elmlər Akademiyası[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yohann Qotlib Fixte (alm. Johann Gottlieb Fichte‎; alman: [ˈjoːhan ˈɡɔtliːp ˈfɪçtə];[8][9][10]; 19 may 1762[1][2][…]27 yanvar 1814[1][3][…] və ya 29 yanvar 1814[4], Berlin[6]) — Alman filosofu, alman idealizminin nümayəndəsi, İmmanuel Kantın nəzəri və etik əsərlərindən yaranan fəlsəfədə cərəyanlar qrupunun yaradıcılarından biri. Fixte çox vaxt fəlsəfi fikirləri Kant və alman idealisti Georq Vilhelm Fridrix Hegelin ideyaları arasında körpü rolunu oynayan bir fiqur kimi qəbul edilir. Rene Dekart və Kant kimi obyektivlik və şüur ​​problemi onun fəlsəfi mülahizələri üçün motiv rolunu oynayırdı. Fixte siyasi fəlsəfəyə dair də əsərlər yazır və buna görə də bəzi filosoflar onu alman millətçiliyinin atası kimi qəbul edirlər.

Fixte hər şeydən əvvəl Kantın dualizminə (özündə şey -hadisə, təbiət- azadlıq) qarşı çıxırdı. Onun fikrincə bu ziddiyyətlilik təfəkkürün qalığıdır. Buna görə də onu aradan qaldırmaq zəruridir. Fixte vahid bir əsasdan çıxış edən bilik sistemi yaratmağa cəhd göstərirdi. Beləliklə o, Kantın təliminə yenidən baxmaq addımını atmışdır. O da Dekart kimi göstərirdi ki, bizim şüurumuzda ən mötəbər səhih olan mənlik şüurudur: "Mən varam", "Mən, mən kimi varam".[11]

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Kroner R. Johann Gottlieb Fichte // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Johann Gottlieb Fichte // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. 1 2 The Fine Art Archive. 2003.
  5. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  6. 1 2 Фихте Иоганн Готлиб // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  7. https://www.deutschlandfunk.de/johann-gottlieb-fichte-unter-den-gesetzen-der-kausalitaet-100.html.
  8. "Duden | Johann | Rechtschreibung, Bedeutung, Definition". Duden (alman). 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2018. Johann
  9. "Duden | Gottlieb | Rechtschreibung, Bedeutung, Definition". Duden (alman). 4 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2018. Gọttlieb
  10. "Duden | Fichte | Rechtschreibung, Bedeutung, Definition". Duden (alman). 11 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2018. Fịchte
  11. Zeynəddin Hacıyev. Fəlsəfə. Bakı, "Turan evi", 2012. s.81

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search